6 may 2026. Çərşənbə

Keşlə'nin baş məşqçisindən qələbə şərhi


Keşlə'nin baş məşqçisindən qələbə şərhi

"Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı".

Corner.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik. Hamısı daha çox standart vəziyyətdən idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm".

Qurbanov zədələnən Rafael Məhərrəmlinin durumu haqqında bunları deyib: "Onun zədəsi var idi. Bu gün oynaya biləcəyini dedi. Həkimlər tez müdaxilə etdi. Kubokda iştirakı ilə bağlı məlumat veriləcək. Çalışmalıyıq ki, Rafael də məşqi buraxmasın. Sabah onun durumuna aydınlıq gələcək".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi