25 oktyabr 2024. Cümə

Qarabağ'dan darmadağın, Neftçi xal itirdi


Qarabağ'dan darmadağın, Neftçi xal itirdi

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun açılış oyununda lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Ağdam klubu səfərdə darmadağınla qalib gəlib.

Autsayder “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib və minimal hesabla qələbə qazanıb. Turnir cədvəlinin ikincisi “Neftçi” isə səfərdə “Sabah”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

32 xalla 3-cü və 4-cü sırada yer alan “Sumqayıt” və “Zirə” komandaları bu tur çərçivəsində Zirədə qarşılaşıblar. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

Azərbaycan Premyer Liqası, 24-cü tur

25 aprel

Qəbələ – Qarabağ 0:5
Qol: X.Romero, 64. Q.Qarayev, 68. M.Emreli, 87; 89; 90.
Matçın 90+4-cü dəqiqəsində M.Emreli penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

Keşlə – Səbail 1:0

Qol: R.Hacıyev, 51.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Bakı. “ASK Arena”, 18:00.

Sabah – Neftçi 2:2

Qol: T.Xəlilzadə, 24-pen. R.Şeydayev, 29 – N.Ələsgərov, 36-pen; 60-pen.

Qırmızı vərəqə: B.Mustafazadə, 58 (ikinci sarı). F.İvanoviç, 86 (ikinci sarı). T.Xəlilzadə, 88 (ikinci sarı).

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Masazır. “Bank Respublika Arena”, 19:15.

Zirə – Sumqayıt 0:0

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Kərim Ağayev.

Zirə İdman Kompleksinin stadionu, 20:00.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir