8 may 2026. Cümə

Neftçi'nin baş məşqçisi yubiley oyununa çıxıb


Neftçi'nin baş məşqçisi yubiley oyununa çıxıb

“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib.

2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”də işləmiş Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda baş tutub. Mütəxəssis “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.

"Sabah"la oyun "Neftçi"nin futbolçusu Namiq Ələsgərov üçün də əlamətdar olub. O, paytaxt təmsilçisinin heyətində 30-cu qolunu vurub. Qarşılaşmada dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley sayılıb.

Paytaxt klubunda 119-cu matçına çıxan futbolçu ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi