10 avqust 2026. Bazar ertəsi

Qarabağ'ın hücumçusu Azərbaycan çempionatları tarixinə düşdü


Qarabağ'ın hücumçusu Azərbaycan çempionatları tarixinə düşdü

"Qarabağ" klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ən sürətli het-trik müəllifi olub.

O, Premyer Liqada XXIV turun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006 mövsümünün 2006-cı il martın 11-də keçirilmiş matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev qarşılaşmasında (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/2019 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı