10 avqust 2026. Bazar ertəsi

Mahir Emreli ilə Polşanın məşhur klubu da maraqlanır


Mahir Emreli ilə Polşanın məşhur klubu da maraqlanır

Polşanın "Visla" (Krakov) klubu Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli ilə maraqlınır.

Corner.az xəbər verir ki, bu barədə "Meczyki" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırkı müqaviləsi mövsümün sonunda bitəcəyindən, 24 yaşlı hücumçu pulsuz çağırıla bilər. Lakin sözləşmənin imzalanması üzrə mübarizə çətin görünür. Çünki istedadlı forvardla Polşa və Avropanın bir çox digər klubları da maraqlanır. Ona İtaliya, Portuqaliya, Belçika, Xorvatiya və Macarıstandan təkliflər gəlməkdədir. Onların arasında "Visla"nın daha tanınmış klub olduğu vurğulanıb.

Qışda Emreli ilə Polşanın "Zaqlembe" və "Rakuv" klubları maraqlanıb. Artıq onlar futbolçu ilə danışıqlara start verib. "Visla" isə oyunçunun agenti ilə əlaqə saxlayaraq Emrelinin mümkün transferini nə dərəcədə mümkünlüyünü soruşub.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı