8 avqust 2026. Şənbə

Şeydayev Neftçi'nin legionerinə cavab verdi - FOTO


Şeydayev Neftçi'nin legionerinə cavab verdi - FOTO

"Sabah"ın futbolçusu Ramil Şeydayev "Neftçi"nin legioneri Mamadu Mboca cavab verib.

Corner.az-ın məlumatına görə, 25 yaşlı hücumçu bu barədə şəxsi "İnstaqram" hesabından paylaşım edib.

Şeydayev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 24-cü tur matçından epizod paylaşıb. O, 28 yaşlı futbolçuya ilk 11 metrlik zərbədən öncə qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyini göstərərək, referinin buna görə penalti təyin etdiyini vurğulayıb.

Qeyd edək ki, Mboc daha əvvəl komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına reaksiya verib.

Xatırladaq ki, Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası 2:2 hesablı heç-heçə ilə bitən matçda bir sıra mübahisəli qərarlar qəbul edib. Bu görüşün idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.









Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı