25 oktyabr 2024. Cümə

Neftçi'nin baş məşqçisi cəzalandı


Neftçi'nin baş məşqçisi cəzalandı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXIV turun "Sabah" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Corner.az-ın məlumatına görə, komitə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandığı üçün meydan sahiblərini 4 800 manat cərimələyib. Futbolçulardan kapitan Bəhlul Mustafazadə və müdafiəçi Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiyaya, klub isə hər biri üçün 200 manat cəriməyə məruz qalıb. Təmkin Xəlilzadə isə eyni hərəkətə görə qovularkən hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klub 3200 manat ziyana düşüb.

Komandanın rəsmi şəxsi Miloş Jevtic barəsində isə araşdırılma aparılır.

“Neftçi”yə gəldikdə, 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Komandanın baş məşqçisi Samir Abasov isə 2 oyunluq cəzaya, klub 4 000 manat cəriməyə məruz qalıb. Buna Abasovun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.

Qeyd edək ki, "Neftçi" növbəti iki oyununu mayın 3-də səfərdə "Keşlə"yə, mayın 8-də isə "Səbail"ə qarşı keçirəcək.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir