8 avqust 2026. Şənbə

Qarabağ'ın legioneri komanda ilə məşqlərə başladı


Qarabağ'ın legioneri komanda ilə məşqlərə başladı

"Qarabağ"ın futbolçusu Patrik Andrade zədəsini sağaldıb.

Corner.az-ın məlumatına görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.

Kabo-verdeli oyunçu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab matçına hazır olduğunu bildirib: "Premyer Liqanın XXIII turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Qeyd edək ki, aprelin 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı