18 mart 2026. Çərşənbə

Sumqayıt və Keşlə finalda!


Sumqayıt və Keşlə finalda!

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Corner.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”la qarşılaşıb. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitmişdi. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalı idi. Ayxan Abbasovun komandasına isə istənilən qollu heç-heçə və qələbə də sərf edirdi. Görüşdə qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sumqayıt” finala yüksəlib.

Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə” ilə üz-üzə gəlib. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə “Keşlə” əsas vaxtda 2:1 qalib olub. Bu səbəbdən əlavə vaxt ehtiyac duyulub. Əlavə yarım saatda komandalar hərəyə daha bir qol vurublar və  “Keşlə” finala yüksəlib. 

Azərbaycan kuboku, yarımfinal mərhələsi, cavab oyunları

29 aprel

Qarabağ – Sumqayıt 0:0 (penaltilər 4:5)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun – 0:0

Penaltilər seriyası:
Maksim Medvedev – 1:0
Camaləddin Xocaniyazov – 1:1
Toral Bayramov – 2:1
Elvin Məmmədov – 2:1 (kənara)
Qara Qarayev – 3:1
Vurğun Hüseynov – 3:2
Xayme Romero – 4:2
Xəyal Nəcəfov – 4:3
Patrik Andrade – 4:3 (qapıçı)
Höccət Haqverdi – 4:4
Kevin Medina – 4:4 (kənara)
Vüqar Mustafayev 4:5


Zirə – Keşlə 2:3

Qol: Ş.Əliyev, 48-öz qapısına. K.Bauk, 111 – S.M.Kolli, 66; 90+1-pen; 92.

Qırmızı vərəqə: L.Corceviç, 88.

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu, 20:00

İlk oyun – 2:1







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi