18 mart 2026. Çərşənbə

Titulu qazanmaq üçün bacardığımı edəcəyəm - Sənan Qurbanov


Titulu qazanmaq üçün bacardığımı edəcəyəm - Sənan Qurbanov
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyunu ilə (3:2, ilk oyun 1:2) bağlı fikirlərini bildirib.
 
Corner.az xəbər verir ki, o, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Evdə məğlub olduq. Amma o matç bizə yaxşı təsir etdi. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stressli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Qələbədə əsas pay sahibi isə futbolçulardır.
 
Final bir oyundan ibarətdir. “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadır. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli layiqdir. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdur. "Keşlə" çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi