8 avqust 2026. Şənbə

Azərbaycan kuboku: 729 gün sonra


Azərbaycan kuboku: 729 gün sonra

Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.

Corner.az PFL-ə istinadən xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq, komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub.

Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb.

“Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıb.

Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub. Buna nail olan Valter Quqlemon 2007/08 mövsümünün GEN-lə 1/16 finalın cavab oyununda (5:0) poker müəllifi kimi tarixə düşüb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı