6 may 2026. Çərşənbə

Qarabağ'ın zərəri 3 dəfədən çox artıb


Qarabağ'ın zərəri 3 dəfədən çox artıb

“Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3,775 milyon manat zərərlə başa vurub.

Corner.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 3,5 dəfə çoxdur.

Ötən il “Qarabağ Futbol Klubu” əvvəlki illə müqayisədə 40,7% az – 12,585 milyon manat gəlir əldə edib. Bunun 11,9 milyon manatı nümayiş hüququndan daxilolmalardan (3,1% az), 637 min manatı isə sair gəlirlərdən (71,7% çox) əldə olunub.

Ötən il ərzində klubun xərcləri 27,9% azalaraq 16,076 milyon manat təşkil edib. Bunun 9,011 milyon manatı (30,5% az) əmək haqqı və mükafatların verilməsinə, 707 min manatı əsas vəsaitlərin amortizasiyasına (2,3 dəfə az), 1,723 milyon manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (41% çox), 4,633 milyon manatı sair xərclərə (28,4% az) yönəldilib.

Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun aktivləri 29,683 milyon manat olub ki, bu da il əvvələ nisbətən 24% azdır.

Hesabat dövründə klubun öhdəlikləri 39,6% azalaraq 7,272 milyon manata, balans kapitalı isə 16,9% azalaraq 22,411 milyon manata çatıb.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi