8 may 2026. Cümə

Qurban Qurbanovdan Mahir Emreli açıqlaması


Qurban Qurbanovdan Mahir Emreli açıqlaması

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Deyiləcək söz yoxdur. Son neçə oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçularımı təbrik edirəm, Rəşad Sadıqova uğurlar arzulayıram.

Mahir Emreli ilə bağlı klub tərəfindən açıqlama verilib. O, mayda azad agent olacaq. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var. Bu gün də Mahirlə söhbətimiz var. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu daha səviyyəli komandada oynasın. Mövsümün sonunda təklifimizi yenə edəcəyik. Razılaşsa, qalacaq, razılaşmasa, gedəcək”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi