6 may 2026. Çərşənbə

Rəşad Sadıqov və köməkçisi cəzalandırıldı


Rəşad Sadıqov və köməkçisi cəzalandırıldı

AFFA İntizam Komitəsi "Zirə" və "Keşlə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarları açıqlayıb.

Corner.az-ın məlumatına görə, "Zirə"nin 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.

Komandanın futbolçusu Lazar Corceviç aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğiu üçün 4 oyunluq cəzalanıb. Serbiyalı müdafiəçi qəsəbə klubunu 3200 manat ziyana salıb.

Onun komanda yoldaşı Sərtan Taşkın ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Müdafiəçiyə 1 oyunluq cəza, kluba isə 200 manat məbləğində cərimə tətbiq edilib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da oyun zamanı texniki zona qaydalarını pozub və qırmızı vərəqə alaraq meydandan qovulub. 39 yaşlı mütəxəssisə 2 oyunluq cəza, kluba isə 1600 manat cərimə yazılıb.

Sadıqovun köməkçisi Eltun Yaqublu da texniki zona qaydalarını pozub. O, meydandan kənarlaşdırıldıqdan sonra yenidən geri qayıdıb və hakimi təhqir edib. Gənc mməşqçi 10 oyunluq cəza alıb, klubunu 8 min manat ziyana salıb.

"Zirə" həmçinin meydana qanunsuz daxil olan şəxslərə görə 800 manat ödəcəyək. Oyundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün klub əlavə 4000 manat ödəməli olacaq.

Qeyd edək ki, "Keşlə" əlavə vaxtda rəqibini 3:1 hesabı ilə məğlub edib. "Zirə" ilk oyunda 2:1 hesablı qələbə qazansa da, finala yüksələ bilməyib.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi