18 mart 2026. Çərşənbə

Neftçi-2 tarixə düşdü


Neftçi-2 tarixə düşdü

Azərbaycan 1-ci divizionunda qızıl medalların sahibi bəlli olub.

Corner.az PFL-ə istinadən xəbər verir ki, 25-ci turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Neftçi-2” çempion adını qazanıb. Paytaxt təmsilçisi son iki turun nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib.

Mahmud Qurbanovun yetirmələri bununla da, Azərbaycan futbolunda ilkə imza atıb. İndiyədək heç vaxt 1-ci divizionda hansısa klubun ikinci komandası çempion olmamışdı. “Neftçi-2” belə uğurun müəllifi olan ilk komanda kimi tarixə düşüb.

1992-ci ildən keçirilən 1-ci dəstədə ilk ikinci komanda 1993-cü ildə mübarizə aparıb. Həmin vaxtdan fasilələrlə aşağı liqada ehtiyat qüvvələr də çıxış edib. Bir müddət əvəzedicilərin öz çempionatının olması da belə fasiləyə səbəb olub.

1997/98 və 1998/99 mövsümlərində 1-ci dəstə, 2002/03 mövsümündə ümumiyyətlə çempionat keçirilməyib. 1993/94 mövsümündə isə final mərhələsinin iki qrupunun qalibləri yüksək liqaya vəsiqə qazansa da, öz aralarında çempionu müəyyənləşdirməyib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi