23 iyun 2026. Çərşənbə axşamı

Neftçi son 10 ilin rekorduna imza atdı


Neftçi son 10 ilin rekorduna imza atdı

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.

Corner.az-ın məlumatına görə, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlub edib.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı