9 avqust 2026. Bazar günü

Qəbələ ilə Sabah'ın 15-ci dueli


Qəbələ ilə Sabah'ın 15-ci dueli

Mayın 14-də Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

Corner.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək.

Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq. Komandamız paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Baş tutan görüşlərdə 17 qola sevinən “Qəbələ” futbolçuları 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox – hərəyə 3 qol vurublar.

Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən “Qəbələ” 7 top buraxıb.

Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyununa saat 17:00-da start veriləcək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı