23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ evdə, Neftçi səfərdə qələbə qazandı


Qarabağ evdə, Neftçi səfərdə qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub. Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “Qarabağ” bu turda doğma meydanda “Keşlə”ni sınağa çəkib və inamlı qələbə qazanıb. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Neftçi” isə səfərdə “Sumqayıt”ın qonağı olub və  minimal hesabla qalib gəlib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” isə bu turda “Səbail”lə qarşılaşıb. Meydan sahibləri bu oyundan qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, 27-ci tur

14 may

Qəbələ – Sabah 2:2
Qol: N.Raysel, 63-pen. S.Vukçeviç, 65 – X.S.Rodriqes, 28. S.Alxasov, 59.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

Zirə – Səbail 2:0
Qol: A.Ramazanov, 58. N.Andelkoviç, 64.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Qarabağ – Keşlə 2:0
Qol: M.Emreli, 47. K.Ovusu, 74.
M.Emreli 80-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kərim Ağayev.
“Azersun Arena”, 19:00.

Sumqayıt – Neftçi 0:1
Qol: V.Stankoviç, 45+1.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Sumqayıt şəhər stadionu, 19:00.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı