23 iyun 2026. Çərşənbə axşamı

150-ci oyunda 60-cı məğlubiyyət


150-ci oyunda 60-cı məğlubiyyət

“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında 150-ci ev oyununu keçirib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin yubileyi XXVII turda gerçəkləşib. Ayxan Abbasovun baş məşqçi olduğu komanda “Neftçi”ni qəbul edib. Sumqayıtın eyniadlı təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzub.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. “Sumqayıt” bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.


Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk ev oyununu 2011-ci il avqustun 14-də keçirib. Həmin gün “Qəbələ”ni qonaq edən komanda 1:2 hesabı ilə uduzub.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı