9 avqust 2026. Bazar günü

Hacıyev üçün əlamətdar oyun


Hacıyev üçün əlamətdar oyun

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada yubiley oyununu keçirib.

Corner.az xəbər verir ki, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb. Onun yubileyi 27-ci turun “Zirə” ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub.

Premyer Liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda “Səbail”i 75 qarşılaşmaya çıxarıb. Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.

Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün “Səbail” “Qəbələ” ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı