8 avqust 2026. Şənbə

Emrelinin uğursuzluğu ... - 5 mövsümdə ilk dəfə


Emrelinin uğursuzluğu ... - 5 mövsümdə ilk dəfə

“Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/21 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

Corner.az xəbər verir ki, 24-cü turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard 27-ci turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Mahirlə Ağabaladan başqa, 2011/12 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/14 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/15 mövsümündə Nurlan Novruzov (“Bakı”) iki 11 metrlik zərbədən yararlanmayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı