6 may 2026. Çərşənbə

Turan Tovuz meydançanı sulamadığı üçün cərimələndi


Turan Tovuz meydançanı sulamadığı üçün cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Corner.az xəbər verir ki, iclasda 1-ci divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

25-ci turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Turun MOİK – “Sumqayıt-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

Turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

26-cı turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Turun “Turan Tovuz” – “Zaqatala” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Turun “Turan Tovuz” – “Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

Turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

Turun “Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun futbolçusu Hüseyn Hüseynli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimələnir;







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi