18 mart 2026. Çərşənbə

Əsas qalib gəlməkdədir, mükafat sonranın işidir - Nicat Qurbanov


Əsas qalib gəlməkdədir, mükafat sonranın işidir - Nicat Qurbanov

"Klub prezidenti hər zaman komandanın yanındadır və həmişə motivasiya verir. Düşünürəm ki, uğurlu nəticə olsa bonus da olacaq. Əsas məsələ qalib gəlməkdir. Mükafat sonranın işidir".

Corner.az xəbər verir ki, bu sözləri "Keşlə" klubunun yarımmüdafiəçisi Nicat Qurbanov deyib.

- Bu mövsümü necə dəyərləndirsiniz?

- Maraqlı və gərgin mövsüm keçir. Artıq sonuncu tura qədəm qoyuruq. Komandamıza gəldikdə isə autsayderlər qrupundayıqsa, yaxşı qiymətləndirmək olmaz. Lakin bir neçə pillə yuxarı qalxmaq üçün də şanslar var. Kubokun finalına vəsiqə qazanmışıq. Bu, bizə əla motivasiya verir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Bundan sonra mövsümü özümüz üçün yaxşı dəyərləndirə bilərəm.

- Komandada ab-hava necədir?

- Son oyunlar istədiyimiz nəticəni əldə edə bilmədik deyə bir az məyusluq var. Buna rəğmən inanıram ki, son turdan sonra hər şeyin olacağına inanıram.

- Öz çıxışın haqda fikirlərin necədir?

- Bu, çətin sualdır. Onu sizlər və baş məşqçim yaxşı deyə bilərsiniz. Mənə verilən şansı hər zaman yüksək səviyyədə dəyərləndirməyə çalışıram.

- Mövsüm bitir. Karyeranı harada davam etdirməyi fikirləşirsən?

- Bu haqda düşünmürəm. Çünki klubla dekabra qədər müqaviləm var.

- “Keşlə”nin ümidi kubokun finalına qalıb. Hazırlıq necə gedir?

- Mövsümü uğurlu şəkildə bitirmək niyyətindəyik. İnşallah, istəyimiz nəticəni qazanmağa çalışacağıq. Hələ ki, sonuncu turda evdə "Qəbələ" ilə görüşə hazırlaşırıq. Finala isə tam başqa atmosferdə hazırlaşacağıq.

- Komandaya mükafat söz verilibmi?

- Klub prezidenti hər zaman komandanın yanındadır və həmişə motivasiya verir. Düşünürəm ki, uğurlu nəticə olsa bonus da olacaq. Əsas məsələ qalib gəlməkdir. Mükafat sonranın işidir.

- Ümumiyyətlə, klubda maliyyə vəziyyəti nə yerdədir?

- Şükür, heç bir problem yoxdur. Hər bir şey öz yolunda gedir.(qol)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi