18 mart 2026. Çərşənbə

Keşlə'nin qapıçısı: Kim layiqdirsə, o da çempion olsun


Keşlə'nin qapıçısı: Kim layiqdirsə, o da çempion olsun

"Final oyununda şanslar bərabərdir. Bu görüşdə hansısa komandanı fərqləndirməzdim. Bu, bir oyundan ibarət həlledici qarşılaşmadır".

Corner.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Matçın çətin keçəcəyini söyləyən 35 yaşlı qolkiper görüşün tamaşıçılar üçün baxımlı keçəcəyinə ümidvar olduğunu bildirib: "Rəqibimiz gənc, döyüşkən və istənilən kollektivin əsəblərini korlayan komandadır. Bizi nəyin gözlədiyini gözəl başa düşürük. Qarşılaşmaya ciddi hazırlaşırıq".

"Keşlə" 2017/2018 mövsümündə Premyer Liqanı 6-cı pillədə bitirsə də, ölkə kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. İndi də analoji situasiya yaranıb. Lakin Namaşko 3 il əvvəl baş vermiş hadisə ilə bağlı danışmağın çətin olduğunu bildirib. O, həmin vaxt komandada olmadığını xatırladıb.

Qapıçı mövsümün sonunda "Keşlə" ilə sözləşməsinin başa çatacağını xatırladıb: "Hazırkı sözləşməm mayın 31-dək qüvvədədir. Müqaviləmin uzadılma məsələsi nə qaldırırıb, nə də müzakirə olunub. Bu səbəbdən, Azərbaycanda qalıb-qalmayacağımı deyə bilmərəm. Çünki hazırda bu suala cavabım yoxdur".

Təcrübəli oyunçu meydanda daim danışmasından da söz açıb: "Müxtəlif dillərdə danışmaq imkanım var. Bu, mənim üçün problem deyil və hesab edirəm ki, komanda yoldaşlarım üçün də əlverişli üsuldur. Çünki onlar deyilənlərə ani reaksiya verə bilərlər. Hər halda öz doğma dilində deyilmiş sözü daha tez başa düşüb yerinə yetirə bilərsən".

Namaşko bu gün gerçəkləşəcək "Neftçi" - "Qarabağ" oyunundan da söz açıb: "Bu mövsüm kim daha çox layiqdirsə, o da çempion olsun. Qoy, güclü qalib gəlsin".

Moldova yığmasının üzvü Azərbaycan millisinə qarşı iyunun 6-da keçirəcəkləri yoldaşlıq oyunu haqqında isə bunları deyib: "Fikrimcə, maraqlı oyun olacaq. Buna görə də matçı gözləyirik".

Qeyd edək ki, mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək "Keşlə" - "Sumqayıt" matçı saat 19:30-da başlayacaq. Moldova yığması Azərbaycan millisini Kişinyovda qəbul edəcək.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi