30 yanvar 2026. Cümə

Neftçi Azərbaycan çempionudur!


Neftçi Azərbaycan çempionudur!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu – 28-ci turun bütün görüşləri eyni gündə baş tutub.

Üçüncü pillədə qərarlaşmış “Zirə” səfərdə “Sabah”ın qonağı olub. “Zirə” qələbə qazanmaqla bürünc medalların sahibi olacaqdı. Ancaq “Zirə” qələbə qazana bilməsə belə, “Sumqayıt”ın “Səbail”lə oyunda xal itirməsi qəsəbə təmsilçisinin üçüncü olması üçün kifayət edəcəkdi.

“Qəbələ” isə səfərdə sonuncu yerdə qərarlaşan “Keşlə” ilə qarşılaşıb. “Keşlə” bu oyundan qalib ayrılmaqla sonuncu pilləni tərk edib. “Zirə” “Sabah”a məğlub olduğu üçün üçüncülüyü əldən verib. “Sumqayıt” qələbə qazanaraq bürünc medalların sahib olub. “Səbail” isə "Sumqayıt"a uduzmaqla sonuncu yerdə qərarlaşıb.

Turun və mövsümün qapanış matçı isə lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında keçirilib.Mövsümün çempionunu müəyyənləşdirən Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edirdi. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”a mütləq qalib gəlməliydi. Oyunun taleyini Ahmed Ahmedovun 90-cı dəqiqədə vurduğu yeganə qol həll edib. "Neftçi" bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası

28-ci tur
19 may

“Səbail” – “Sumqayıt” 0:1
Qol: M.Xaçayev, 43.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”, 18:00.

"Sabah” – “Zirə” 2:1
Qol: R.Şeydayev, 21. X.S.Rodriqes, 89 – Q.Alıyev, 72-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Masazır. “Bank Respublika Arena”, 18:00.

“Keşlə” – “Qəbələ” 3:1
Qol: Ş.Əliyev, 15. S.Rodriqes, 16. V.İsgəndərli, 90+6 – C.Adeniyi, 26.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”, 18:00.

"Neftçi” – “Qarabağ” 1:0
Qol: A.Ahmedov, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Bakı. “Dalğa Arena”, 20:30.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi