18 mart 2026. Çərşənbə

Onların qarşısında başıaşağı olmadıq - Samir Abbasov


Onların qarşısında başıaşağı olmadıq - Samir Abbasov
"Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik".

Corner.az xəbər verir ki, bunu  "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra "CBC Sport"a açıqlamasında çempionluq təəsüratlarını bölüşərkən deyib.
 
43 yaşlı mütəxəssis bildirib ki, qalib gələcəklərinə inanırdılar: "Hətta Ahmed Ahmedovu meydana buraxanda dedik ki, yüz faiz qol vuracaqsan və çempion olacağıq. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm".
 
Abasov komandanı qəbul edərkən çempionluq haqqında düşünmədiyini söyləyib: "Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi