8 avqust 2026. Şənbə

Uduzmağı da bacarmaq lazımdır - Qurban Qurbanov


Uduzmağı da bacarmaq lazımdır - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, 49 yaşlı mütəxəssis, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları deyib:
 
“Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur.
 
Çempionluq münasibətilə “Neftçi”ni, bu klubun azarkeşlərini, Samir Abasovu təbrik edirəm. Hər zaman yerli məşqçilərin uğuruna sevinirəm. Sonadək mübarizə apardıq. Futbolçularımı da təbrik etdim. Mövsüm bizim üçün çox ağır keçdi. Biz komandaya qarşı mübarizə apardıq. Baş məşqçilər arasında hər şey normaldır. Siz necə qəbul edirsiniz, edin”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı