23 iyun 2026. Çərşənbə axşamı

Mahir Emrelinin zədəsinə aydınlıq gəldi


Mahir Emrelinin zədəsinə aydınlıq gəldi

"Qarabağ"dan "Legiya"ya keçəcəyi gözlənilən millimizin futbolçusu Mahir Emrelinin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının 28-ci tur oyununda aldığı zədə ciddi deyil.

Corner.az-ın məlumatına görə, bu barədə 23 yaşlı hücumçunun keçmiş komanda yoldaşı, hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Yakub Jezniçak açıqlama verib.

"Məndən tez-tez soruşan "Legiya" fanatları üçün: Mahir yüngül zədələnib, ciddi bir şey yoxdur" deyə o vurğulayıb.

Jezniçak Emrelinin güclü oyunçu olduğunu və "Legiya"ya uyğun gəldiyini əlavə edib: "Özüm "Qarabağ"da oynadığım vaxt biz dost idik və hələ də ideal münasibətlərimiz var".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları qarşılaşmanın ardından mətbuat konfransında Mahir Emrelinin klubdan ayrılacağını açıqlayıb.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı