8 avqust 2026. Şənbə

Çempionluğun mümkünsüz olduğunu düşünürdüm


Çempionluğun mümkünsüz olduğunu düşünürdüm

"Qazandığım uğura görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Tallison Dias şəxsi "İnstaqram" hesabında paylaşım edib.

29 yaşlı müdafiəçi bəzən çempion olacaqlarına tərəddüd etdiyini bildirib: "Müəyyən vaxtlarda bunun mümkünsüz olacağını düşünürdüm. Ancaq məğlubiyyət olanda Tanrının məni davam etməyə cəsarətləndirdiyini hiss etdim".

Braziliyalı oyunçu çempionluq əldə etdikləri üçün çox xoşbəxt olduğunu bildirib. "İnandığımız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı