8 avqust 2026. Şənbə

Honda və Əhmədov Neftçi'dən ayrıldı - RƏSMİ


Honda və Əhmədov Neftçi'dən ayrıldı - RƏSMİ

"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında məlumat verib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçi Keysuke Honda və hücumçu Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib: "Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Əhmədovun isə icarə müddəti bitib və Bolqarıstanın MOİK (Sofiya) klubuna qayıdıb. Son oyunda vurduğu qolu kənara qoyaq, ona bizimlə birlikdə olduğuna görə təşəkkür edirəm".

Abasov yeni hücumçu axtaracalarını sözlərinə əlavə edib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu dəqiq deyə bilərəm ki, Keysuke Honda və Əhməd Əhmədov bizim komandada olmayacaq".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. Əhməd Əhmədov isə fevralın 17-də "ağ-qaralar"a keçib. Ölkə çempionu daha əvvəl braziliyalı müdafiəçi Rener Alveslə vidalaşacağını açıqlayıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı