8 avqust 2026. Şənbə

Çempionlar Liqasındakı rəqiblərin adları bizi narahat etmir


Çempionlar Liqasındakı rəqiblərin adları bizi narahat etmir

"Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərimiz son illərin yaxşı komandalarıdır".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televizisiyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis Yunanıstanın "Olimpiakos" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarının son illərdə möhtəşəm çıxış etdiyini bildirib: "Bolqarıstanın "Lüdoqorest" və Serbiyanın "Srvena Zvezda" klublarını da qeyd etmək istəyirəm. Həqiqən bunlar başağrısı olacaq və möhtəşəm komandalardır".

Abasov istənilən rəqibə qarşı oynayacaqlarını sözlərinə əlavə edib: "İnanıram ki, bundan da yaxşı oyun sərgiləyəcəyik. İnamımız həddindən artıq çoxdur. Bəlkə də çempionluğa görə eyforiyadayıq. Amma Çempionlar Liqasına hazırlaşmaq üçün vaxtımız var. Siyahıdakı adlar bizi narahat etmir. İki oyun üçün əlimizdən gələn hər şeyi edəcəyik".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı