18 mart 2026. Çərşənbə

Yerli klublardan təklif olmasa, ölkə xaricinə getmək fikrim var - Cavid Tağıyev


Yerli klublardan təklif olmasa, ölkə xaricinə getmək fikrim var - Cavid Tağıyev

"Hələ heç kimlə belə bir söhbətim olmayıb. Özümü tam hazır hiss edirəm. Fərqi yoxdur, ölkə xarici və ya yerli klub. Əsas istəyim oynamaqdır. Tələsməyib, özüm üçün xeyirli qərar vermək istəyirəm"

Corner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu, son olaraq “Sabah”da çıxış edən Cavid Tağıyev deyib:

  • Cavid, hazırda nə işlə məşğul olursan? Uzun müddətdir – ötən ilin sentyabrından klubsuz qalmısan.
  • Zədələnmişdim və əməliyyat oldum. Bundan sonra yeddi aylıq bərpa müddəti keçdim. İndi tam olaraq sağalmışam, fərdi məşqlər edirəm.
  • Sağaldığını dedin. Premyer Liqada mövsüm bitdi və yenisinə hazırlıqlar başlayır. Sənin planların nədir, təkliflər varmı?
  • Rəsmi olaraq təklif yoxdur. Gözləyirəm, yəqin ki, iyuna kimi hər şey bəlli olacaq.
  • İyuna az vaxt qalıb. Hansı variantların var? Yerli çempionat, yoxsa ölkə xarici?
  • Yerli klublardan təklif olmasa, ölkə xaricinə getmək fikrim var. Yenə də, bir müddət gözləməliyəm.
  • Klubsuz qalan azərbaycanlı futbolçular ən çox Gürcüstana üz tuturlar. Bununla bağlı menecerlərlə əlaqə saxlamısanmı?
  • Hələ heç kimlə belə bir söhbətim olmayıb. Özümü tam hazır hiss edirəm. Fərqi yoxdur, ölkə xarici və ya yerli klub. Əsas istəyim oynamaqdır. Tələsməyib, özüm üçün xeyirli qərar vermək istəyirəm.
  • Yeddi aydır futboldan uzaq qalmısan. Formanı yığmaq çətin olmayacaq?
  • Toplanışlarda iştirak etdikdən sonra çətinliyin azalacağını düşünürəm. Oyunlar oynadıqca hər şey qaydasına düşəcək.
  • Təklif olmasa, nə edəcəksən?
  • İnanıram ki, klub tapacam.
  • Daha əvvəl “Qarabağ”da da çıxış etmisən. Keçmiş komandanın bu mövsüm Premyer Liqadakı çıxışını necə dəyərləndirirsən?
  • Düzdür, çempionluğu son oyunda itirdilər. Lakin “Qarabağ” son illərdə sabit çıxış edir. Bunun özü elə böyük nəticədir. Avropada da Azərbaycanı yaxşı təmsil edirlər, yeni mövsümdə onlara uğurlar arzu edirəm.(komanda)






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi