6 may 2026. Çərşənbə

Neftçi və Qarabağ klubları cərimələndi


Neftçi və Qarabağ klubları cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 28-ci turun “Neftçi” – “Qarabağ” oyununda baş verənlərlə əlaqədar tədbirlər görüb. 

Corner.az-ın məlumatına görə, meydan sahiblərinə 2 400 manat, qonaqlara isə 1 000 manat cərimə kəsilib.

Bildirilir ki, görüş zamanı hesab tablosu işlək vəziyyətdə olmayıb, mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmayıb və dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olublar. Göstərilən üç çatışmazlığın hər biri ilə əlaqədar flaqman 800 manat ziyana düşüb.

“Qarabağ” isə mühafizəçilərinin Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olmaları səbəbindən 800 manat cərimələnib. Daha 200 manat cərimə komandanın futbolçusu Elvin Cəfərquliyevin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəbindən kəsilib. Cəfərquliyevin özü isə 1 oyunluq cəzalanıb.

Qeyd edək ki, "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə yenərək, qızıl medal qazanıb.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi