8 avqust 2026. Şənbə

Sezar Meza Kollinin cəzası bəlli oldu


Sezar Meza Kollinin cəzası bəlli oldu

AFFA İntizam Komitəsi "Sabah" klubunu 800 manat məbləğində cərimələyib.

Corner.az-ın məlumatına görə, buna Masazır təmsilçisinin 4 futbolçusunun "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının 28-ci tur oyununda sarı vərəqə görməsi səbəb olub.

"Keşlə" də "Qəbələ" ilə matçda baş verən analoji hadisəyə görə eyni məbləğdə cərimə olunub. Bundan başqa, görüşün 75-ci dəqiqəsində paytaxt təmsilçisinin paraqvaylı futbolçusu Sezar Meza Kolli kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb, klub isə 1600 manat cərimə ödəyəcək.

“Səbail”in müdafiəçisi Adil Nağıyev isə “Sumqayıt”a qarşı matçda ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubunu isə 200 manat xərcə salıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı