18 mart 2026. Çərşənbə

Sezar Meza Kollinin agentindən Neftçi açıqlaması


Sezar Meza Kollinin agentindən Neftçi açıqlaması

"Keşlə"nin futbolçusu Sezar Meza Kollinin şəxsi agenti Kamil Məmmədov paraqvaylı yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə bağlaması barədə xəbərlərə münasibət bildirib.

Məmmədov oyunçuya marağın olmasına rəğmən, hələ heç kiminlə danışıq aparılmadığını söyləyib.

O, Meza Kollinin bu gün "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Kubokunun final oyununa hazırlaşdığını əlavə edib: "Düzdür, hələ çempionatın başa çatmasına 3-4 tur qalmış "Neftçi"dən maraq olmuşdu. Amma həmin vaxt söhbət oldu ki, final oyununun sonunadək heç bir klubla danışıq aparılmayacaq. Meza Kolli ilə maraqlanan digər klublar, eləcə də "Neftçi" peşəkarlıq nümayiş etdirərək, vacib oyundan öncə futbolçu ilə danışıq olmayacağını bildirdi".

Agentinin sözlərinə görə, Meza Kolli klubun prezidenti Zaur Axundova söz verib ki, həlledici görüşdən sonra birinci "Keşlə"nin təklifini dinləyəcək: "Hazırda vəziyyət belədir. Təqribən 3 həftədir bu barədə söhbət getmir. Müqavilə məsələsini haradan yazıblar, bilmirəm".

Qeyd edək ki, Sezar Meza Kollinin "Neftçi" ilə 1+1 illik müqavilə imzalaması barədə xəbərlar yayılıb.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi