8 avqust 2026. Şənbə

Qarabağ və Sabah klublarının əsas səhmdarları dəyişib - RƏSMİ


Qarabağ və Sabah klublarının əsas səhmdarları dəyişib - RƏSMİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Sabah" klublarının əsas səhmdarları dəyişib. 

Corner.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi tvitter hesabında bildirilib.

COVID-19 pandemiyasına rəğmən, qitə futbolunun investisiyalar üçün yenə cəlbedici olduğu və 2020-ci ilin yanvarından 2021-ci ilin aprelinədək ümumilikdə 30 klubun yeni majoritar səhmdara ötürüldüyü vurğulanıb.

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, klubunun təsisçiləri barədə məlumatlar "Kommersiya sirri haqqında" Qanunun müvafiq müddəalarına görə kommersiya sirri hesab olunur: "Mülki dövriyyə subyektlərinin bu cür məlumatları hüquq-mühafizə orqanları və məhkəmələrin tələbləri xaricində ictimaiyyətə açıqlamaq kimi bir məcburiyyəti yoxdur. Odur ki, bu barədə açıqlama vermək istəmirik".

"Sabah"ın sözçüsü Elnur Həmidov isə deyib ki, dəyişiklik təsisçi "Bridge company"nin klubun nizamnamə kapitalını artırmasından ibarətdir.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı