9 avqust 2026. Bazar günü

Sezar Meza Kolli'dən Neftçi ilə bağlı açıqlama


Sezar Meza Kolli'dən Neftçi ilə bağlı açıqlama

"Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".

Corner.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "Sumqayıt"a 2:1 hesabı ilə qalib gədikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Paraqvaylı yarımmüdafiəçi paytaxt təmsilçisindəki taleyi və "Neftçi"yə mümkün keçidi haqqında hələ heç nə deyə bilməyəcəyini söyləyib: "Sabah axşam klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəyəm. Axundov razılıq verməsə, klubda qalacağam".

Təcrübəli oyunçu "Neftçi"də oynamaq istəyirsinizmi" sualına "baxarıq" deyə cavab verib: "Neftçi"nin baş məşqçisi Samir Abasovun mənim haqqımda dediklərinə görə şadam. O, Azərbaycanın ən yaxşı baş məşqçilərindən biridir".

Meza Kolli "Keşlə"nin Konfrans Liqasındakı şansları barədə isə bunları deyib: "Sabah nə olacağını bilmirəm. Bu barədə növbəti gün danışa bilərəm".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı