6 may 2026. Çərşənbə

Kimin qalacağını yalnız baş məşqçi bilir - Namaşko


Kimin qalacağını yalnız baş məşqçi bilir - Namaşko

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Azərbaycan kubokundakı qələbəni xüsusi qeyd etməyib.

Corner.az-ın məlumatına görə, bu barədə 34 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında deyib. Namaşko bu cür məsələlərə xüsusi yanaşmadığını bildirib.

Moldovalı qapıçının sözlərinə görə, matçdan sərhal sonra Moldovaya yola düşüb: "Ziyafət, əl yükü, aeroport... Kubokdakı qələbəni belə qeyd etdim. Çempionatdakı uğursuzluqdan sonra hədəf avrokuboklar və sonuncu olmamaq idi. Sonda istəyimizə çatdıq".

Təcrübəli qapıçı rəhbərliyin komandanın qarşısına qoyduğu məqsədə nail olduqlarını vurğulayıb: "Futbol ili çox qeyri-sabit keçdi, yaxşı və uğursuz oyunlar oldu, uğursuzluqlar da oldu. Amma yekunda ölkə kubokunu qazana bildik".

"Keşlə" ilə müqaviləsi başa çatan Namaşko gələcəyi barədə danışmaq istəməyib: "Komandada kimin qalacağını yalnız baş məşqçi bilir. Nəyisə təxmin etməyi sevmirəm. Yaxın günlərdə yığmaya qoşulacağam. Hazırda əsas fikrim millinin oyunlarındadır".

O, Azərbaycan millisi ilə iyunun 6-da Kişineuda keçirəcəkləri yoldaşlıq oyununa da toxunub: "Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq. Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam. "Keşlə"dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişineuda görüşəcəyik".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi