5 noyabr 2026. Cümə axşamı

Neftçi Avstriyaya yollanır - ilk rəqibi bilindi


Neftçi Avstriyaya yollanır - ilk rəqibi bilindi

Yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi” təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Corner.az xəbər verir ki, “ağ-qaralar”ın toplanış çərçivəsidə qarşılaşacağı rəqiblərdən biri məlum olub. “Neftçi” burada Polşanın “Legiya” komandası ilə qarşılaşacaq. Bu barədə Varşava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Neftçi” – “Legiya” matçı iyunun 20-də keçiriləcək. “Legiya” “ağ-qaralar”dan sonra Rusiyanın “Krasnodar” komandası ilə qarşılaşacaq.

“Legiya” hazırda “Qarabağ”ın hücumçusu Mahir Emrelini heyətinə qatmağa hazırlaşır.

Azərbaycan Premyer Liqasının son çempionu “Neftçi” Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.







Misli Premyer liqa