8 avqust 2026. Şənbə

Neftçi hücumçusuna yeni müqavilə təklif etməyib


Neftçi hücumçusuna yeni müqavilə təklif etməyib

"Neftçi" klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayıra bilər.

Corner.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu müqaviləsinin bitdiyini və hələlik klubla danışığının olmadığını söyləyib.

Forvard bildirib ki, baş məşqçi Samir Abasovun yeni mövsüm üçün planlarına daxil olub-olmadığını bilmir və hazırda təkliflərə açıqdır: "Futbola "Neftçi"də başlamışam, bu komandada qalmaq istərdim, amma burada tək mənim istəyim yetərli deyil. "Neftçi"nin istəyib-istəməməsi də vacib məsələdir".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirabdulla Abbasov 2015-ci ildən əsas komandada çıxış edir. O, 2016-cı ildə Latviyanın "Dauqavpils", 2016/2017 mövsümündə "Sumqayıt", 2019-cu ildə isə "Səbail"ə icarəyə verilib.

Klub daha əvvəl Fəhmin Muradbəyli və Ömər Buludovla müqavilənin müddətini uzadıb.

Xatırladaq ki, flaqman mayın 19-da "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı