9 avqust 2026. Bazar günü

Azərbaycan millisi yaxşı komandadır - Roberto Bordin


Azərbaycan millisi yaxşı komandadır - Roberto Bordin

"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

2018 - 2020-ci illərdə "Neftçi"yə rəhbərlik etmiş 56 yaşlı mütəxəssis rəqib oyunçuları tanıdığını bildirib: "Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq".

İtaliyalı baş məşqçi Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: "Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı