7 may 2026. Cümə axşamı

Neftçi'nin hazırlıq planı bəlli oldu


Neftçi'nin hazırlıq planı bəlli oldu

“Neftçi” klubunun 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda olacaq. “Ağ-qaralar” tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq.

“Neftçi” bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi