8 avqust 2026. Şənbə

Qəbələ yeni transferini rəsmən açıqladı


Qəbələ yeni transferini rəsmən açıqladı

2021-2022-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

2019-2021-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra “Qəbələ”yə qayıdıb. 2011-19-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində üç qol var.

Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı