8 avqust 2026. Şənbə

Qurban Qurbanov:İsrailin güclü klubları var


Qurban Qurbanov:İsrailin güclü klubları var

“UEFA Konfrans liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl də İsrail təmsilçiləri ilə qarşılaşmışıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubuna rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu ölkənin çempionatı hər kəsə bəllidir: "İsrailin çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı