8 avqust 2026. Şənbə

Sumqayıt'ın baş məşqçisi püşkü dəyərləndirdi


Sumqayıt'ın baş məşqçisi püşkü dəyərləndirdi

"Sumqayıt" klubu olaraq, ötən mövsüm avrokubok həyacanını yaşamışdıq. Əlbəttə, az da olsa təcrübəmizin olduğunu düşünürəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu raundda qarşılaşacaqları Serbiyanın “Çukariçki” komandası da daha çox yerli futbolçuların xidmətindən yararlanır: "Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, “Çukariçki” ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm".

Abasovun sözlərinə görə, indi əsas işləri yeni mövsümə hazırlaşmaq və bu oyunadək komandanı hazır vəziyyətə gətirməkdir: "Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı