5 noyabr 2026. Cümə axşamı

Neftçi onun mövqeyinə yeni futbolçu axtarır


Neftçi onun mövqeyinə yeni futbolçu axtarır

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Neftçi"dən ayrıla bilər.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, artıq 23 yaşlı müdafiəçinin mövqeyinə yeni oyunçu axtarışlarına başlayıblar: "Nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma çox güman ki, Krivotsyuk da bizimlə olmayacaq. Hazırda əlimizdə 3 müdafiəçi var. Hücumçunun olmaması isə bizim üçün əsl başağrısıdır".

Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.







Misli Premyer liqa