7 may 2026. Cümə axşamı

Keşlə'nin baş məşqçisi: Rəqibimiz çox güclüdür


Keşlə'nin baş məşqçisi: Rəqibimiz çox güclüdür

“Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, inanımız heç zaman itməməlidir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubuna rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis UEFA Konfrans Liqasında çıxış etdiklərinə görə çox xoşbəxt olduğunu bildirib: "Belə görünə bilər ki, “Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi