23 iyun 2026. Çərşənbə axşamı

Keşlə braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir


Keşlə braziliyalı vingerlə anlaşdı, Utriqdən cavab gözləyir

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini daha 2 futbolçu ilə gücləndirə bilər.

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ötən mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utriq və Sloveniyanın "Maribor" klubundan ayrılan Felipe Santosa təklif göndərilib: "Utriq hələ bizə cavab verməyib. Santosla isə artıq razılıq əldə olunub. Amma futbolçu müqaviləyə imza atmamış hər an şey baş verə bilər".

Utriq ötən ilin sentyabrında "Qəbələ"də keçib. Santos isə 2018-ci ildən "Maribor"un formasını geyinirdi. O, bu müddət ərzində meydana çıxdığı 47 oyunda 4 qol vurub. 24 yaşlı hücumameylli yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Palmeyras" və Sloveniyanın "Ankaran" komandalarında da oynayıb. Hər iki futbolçu ilə bağlı məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.

Qeyd edək ki, "Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı