8 avqust 2026. Şənbə

Neftçi Polşa klubuna irad bildirdi, alçaldıcı video silindi


Neftçi Polşa klubuna irad bildirdi, alçaldıcı video silindi

"Neftçi" Polşanın "Visla" (Plotsk) klubuna keçən sabiq futbolçusu Anton Krivotsyukun təqdimatı zamanı Azərbaycanın və flaqmanın bayrağına hörmətsizliklə bağlı Plotsk təmsilçisinin rəhbərliyinə irad bildirib.

Corner.az xəbər verir ki, bu barədə  açıqlamasında paytaxt klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, artıq sözügedən video bütün sosial platformalardan və yutubdan silinib: "Bizə dedilər ki, həmin detallara fikir verməyiblər. Səhvlərini etiraf etdilər və videonu sildiklərini söylədilər".

Allahverdiyev bu barədə Krivotsyukun özü ilə də danışığın olduğunu söyləyib: "Antonla da söhbətimiz oldu. Həmin vaxt bu məsələ onun da ağlına gəlməyib. Əsas odur ki, problem aradan qalxdı".

Qeyd edək ki, Anton Krivotsyuk "Visla" ilə 2 illik müqavilə bağlayıb. Futbolçunun təqdimat videosunda Azərbaycanın və "Neftçi"nin bayraqları yerə atılıb.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı