23 iyun 2026. Çərşənbə axşamı

Qəbələ Səbail'dən ayrılan müdafiəçini transfer etdi


Qəbələ Səbail'dən ayrılan müdafiəçini transfer etdi

"Səbail" futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Artıq onun yeni komandası da bəlli olub. İsayev "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb.

"Qırmızı qaralar" bunadək Bayıl təmsilçisi ilə vidalaşan Urfan Abbasovu heyətinə qatıb.

Qeyd edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan Məqsəd İsayev 2013 - 2017-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018 - 2020-ci illərdə “Sabah”da çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.

2010 - 2017-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyan müdafiəçi U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. O, U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı